Fərqanə Qasımova “Sığmazam”-ı fərqli şəkildə ifa etdi

Fərqanə Qasımova “Sığmazam”-ı fərqli şəkildə ifa etdi

Əməkdar artist Fərqanə Qasımova da Nəsiminin “Sığmazam” qəzəlinə mahnı yazdırıb.

Bu barədə əməkdar artist özü açıqlama verib. Nəsiminin sözügedən qəzəlinin ictimaiyyətə çox bəsit şəkildə təqdim edilməsinin onu aylardır narahat etdiyini dilə gətirən sənətçi bildirib ki: “Milli Konservatoriyada təhsil alan iranlı bir tələbənin Nəsiminin “Sığmazam” qəzəlinə yazdığı mahnı üzərində işləyirəm. Demək olar ki, son hazırlıq işləri gedir. Müəllif Nəsiminin eyniadlı qəzəlinə çox fərqli yanaşıb. Əslində Nəsimini sözügedən qəzəlinin çox bəsit şəkildə təqdim edilməsi məni aylardır narahat edirdi. İçimdə buna qarşı kəskin bir etiraz var idi. Eşidəndə ki, belə bir musiqiçi bu qəzələ mahnı bəstələyib mütləq onunla görüşüb tanış olmaq istədim. Mahnını dinlədim xoşum gəldi. Hələ heç yerdə ifa etməmişəm.

F.Qasımova həmin mahnıya klip çəkdirəcəyini də deyib: “İstəyirəm bu il mahnını tamaşaçılara kliplə təqdim edim”.

Gununsesi.org

COMMENTS