Fəzail Ağamalı Zahid Orucun yeni vəzifəsindən danışdı- ÇOX MƏSULİYYƏTLİ VƏZİFƏDİR

Fəzail Ağamalı Zahid Orucun yeni vəzifəsindən danışdı

Xəbər verildiyi kimi Prezident İlham Əliyevin sərəncamı ilə Milli Məclisin üzvü Zahid Oruc  Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Bəs görəsən, siyasi fəaliyyətinin uzun dönəmi Ana Vətən Partiyasında keçən Zahid Oruc haqqında bu təşkilatın lideri Fəzail Ağamalı nə düşünür?

Gununsesi.org-a  açıqlamasında AVP sədri, millət vəkili Fəzail Ağamalı ölkə başçısının bu qərarını yüksək qiymətləndirdiyini deyib: “Azərbaycanda belə bir quruma ehtiyac vardı. Ölkədə vətəndaşların iradəsinin ifadəsi, baş verən hadisələrin təhlili, perspektivinin öyrənilməsi, həmçinin problemlərin həlli üçün bu mərkəzin yaradılması vacib idi. Sevindirici haldır ki, bu işdə deputat həmkarımıza etimad göstərildi. Ümid edirəm ki, Zahid Oruc ona tapşırılan vəzifənin öhdəsindən uğurla gələcək və mən ona uğurlar arzu edirəm. Bu çox məsuliyyətli bir vəzifədir”.

Gununsesi.org

 

COMMENTS