Fələstin İsraillə bütün sazişləri ləğv etdi

  • By admin
  • 13 Dekabr 2017 14:22

Fələstin İsraillə bütün sazişləri ləğv edir.

Gununsesi.info xəbər verir ki, bunu bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə həsr olunmuş iclasında çıxışı zamanı Fələstin rəhbəri Mahmud Abbas bəyan edib.

M.Abbas qeyd edib ki, bu addım Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarına etiraz olaraq atılıb.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Gununsesi.info