Fərəc Quliyev keçmiş cəbhədaşlarının cəzalandırılmasını istəyir

  • By admin
  • 22 Oktyabr 2019 12:50

Gununsesi.org xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Millət vəkili Fərəc Quliyev 19 oktyabr mitinqinə münasibət bildirib.

O, Milli Şuranın xaricdən maliyyələşdirildiyini, dövlətçiliyə qarşı bir layihə olduğunu, ölkəmizə qarşı casusluq fəaliyyətinin iştitakçısına çevrildiyini deyib.

Qeyd edib ki, onlara aksiya üçün nəinki yer verilməli, əksinə, onların fəaliyyəti araşdırılmalı və haqlarında ciddi tədbirlər görülməlidir.

Qeyd edək ki, Fərəc Quliyev vaxtilə xalq cəbhəsinin əsas simalarından olub. Ömrünün bir neçə ilini siyasi məhbus kimi keçirib. Hazırda mövcud hakimiyyəti dəstəkləyir.

 

Gununsesi.org