Fərizənin anası vəfat edib

  • By admin
  • 14 İyun 2019 16:00

1990-cı il 20 Yanvar hadisələri zamanı vəfat etmiş Fərizə Allahverdiyevanın anası Bağda xanım həyata gözlərini yumub.

Bu barədə deputat Aydın Mirzəzadə sosial şəbəkədə məlumat yayıb.

Onun yazdığına görə, bu barədə xəbəri F.Allahverdiyevanın qaynı Elxan Allahverdiyev ona bildirib.

Qeyd edək ki, F.Allahverdiyeva 20 Yanvar faciəsi zamanı şəhid olmuş İlham Allahverdiyevin həyat yoldaşıdır. Onlar Şəhidlər Xiyabanında dəfn olunub.