Fətullah Gülənin qohumu İstanbulda həbs edildi

  • By admin
  • 25 Oktyabr 2019 23:07

FETÖ lideri Fətullah Gülənin qardaşı qızı Zeynəb Gülən Beykozda tutulub.

Gununsesi.org “Posta”ya istinadən xəbər verir ki, buna səbəb Zeynəb Gülənin saxta şəxsiyyət vəsiqəsindən istifadə etməsi olub.

Reyd zamanı polis tərəfindən əsl adı soruşulan qadın növbəti dəfə saxta addan istifadə edib. Bu səbəbdən 30 yaşlı Zeynəb bölməyə aparılıb və məhkəməyə göndərilib.

 

Gununsesi.org