Fəzail Ağamalı seçicilərlə görüş keçirdi – FOTOLAR

  • By admin
  • 04 Fevral 2020 18:01
Deputatlığa namizəd Fəzail Ağamalının Salyan rayonunun Varlı I, Varlı II və Peyk kəndlərində növbəti görüşü keçirildi.
Çoxsaylı secicilərin fəallığılə müşayət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayandılar.
Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər. Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda ona uğurlar arzuladılar.
Secicilərlə görüşdən sonra Fəzail Ağamalı torğaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəhid Salahov İntiqamın atası Salahov İsrafil və şəhid Maarif Zeynalabdinovun anası Sürəyya xanımı ziyarət etdi.

Gununsesi.org