“Facebook” öz valyutasını yaradır

  • By admin
  • 18 İyun 2019 15:06

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi “Calibra” adlı törəmə şirkətinin yaradıldığını elan edib. Şirkətin başlıca fəaliyyəti “Libra” kriptovalyuta əsasında maliyyə xidmətlərinin göstərilməsindən ibarət olacaq.

“Calibra” ilk məhsulunu – blokçeyn texnologiyasına əsaslanan yeni “Libra” adlı valyuta üçün rəqəmsal pul kisəsi təqdim edəcək, – deyə sosial şəbəkənin rəsmi hesabında çıxan məlumatda deyilir.

Kriptovalyuta üçün rəqəmsal pul kisəsindən həm “Messenger”, həm də “WhatsApp” istifadəçiləri yararlana biləcək. Bundan başqa, 2020-ci ilə kimi ayrıca tətbiqin buraxılacağı bildirilir.