“Facebook”da intihar edəcəyini yazdı və sonra da özünü asdı

  • By admin
  • 19 Avqust 2016 10:26

b30ca9b25ac9833699e614a286ae2b6a

Quba rayon sakini intihar edib.

Gununsesi.info-nun APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, rayonun Xaltan kənd sakini, 1961-ci il təvəllüdlü Bayram Seyidov özünü yaşadığı evdə asıb. İntiharın səbəbləri məlum deyil.

İntihar etməzdən öncə o bu barədə “Facebook” səhifəsində yazıb.

Uzun müddət müəllim işləmiş B. Seyidov təqaüddə olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Gununsesi.info