“Facebook”un yaradıcısı məhkəmədə ifadə verəcək

“Facebook”un yaradıcısı məhkəmədə ifadə verəcək

Mark Zukerberq oktyabrın 23-də məhkəmədə ifadə verəcək.
Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, “Facebook”un baş icraçı direktoru ABŞ-ın qanunvericilərinin araşdırması ilə üzləşdiyi üçün ABŞ maliyyə evi xidmətləri komitəsi qarşısına çıxacaq.
Bu M.Zukerberqin 2018-ci ilin aprel ayından bəri ABŞ konqres komitəsi qarşısında ilk çıxışı olacaq.
Qeyd edək ki, Zukerberq “Facebook-un maliyyə xidmətləri və mənzil sektorlarına təsiri” adlı məhkəmə iclasında çıxış edəcək.
Gununsesi.org

COMMENTS