Fazil Məmmədovun dağılan qurumundanETİRAZ

Fazil Məmmədovun dağılan qurumundan

Keçmiş vergilər naziri Fazil Məmmədovun rəhbəri olduğu Azərbaycan Otüstü Hokkey Federasiyası uzun müddətdir fəliyyət göstərmir. Ancaq qurumdan rəsmi olaraq fəaliyyətini dayandırması ilə bağlı heç bir məlumat verilmir və  rəsmi mənbələrdə bu federasiyanın adı işləyən qurum kimi göstərilir. 

Gununsesi.org xəbər verir ki, bununla bağlı Unikal.org Azərbaycan Otüstü Hokkey Federasiyasının baş katibi Adil Paşayevlə əlaqə saxlayıb. Keçmiş baş katib bildirib ki, federasiya fəaliyyətini dayandırıb və hazırda işsizdir:

“3 il yarımdır heç bir yerdə çalışmıram. O qədər nəticələr verməyimizə baxmayaraq indi bu idman növü yoxdur. Olimpiadaya düşməyə bir addım qalmışdı.
35 ilimi bu idman növünə həsr etmişəm. Amma 3 il yarımdır heç kim mənimlə maraqlanmır, soruşmur ki, nə işlə məşğulam. İndi bu növündə nə idmançı var, nə də klub kimi fəaliyyət göstərir”.

COMMENTS