Fazil Mustafa İran səfiri Cavad Cahangirzadə ilə görüş keçirdi

  • By admin
  • 09 Avqust 2019 18:52

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu gün İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Gununsesi.org xəbər verir ki, səmimi, qeyri-rəsmi ortamda keçirilən görüşü əks etdirən fotoşəkili F.Mustafa Facebook səhifəsində paylaşıb. Bu açıqlamanı verib: “Bu gün İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin dəvəti ilə çay süfrəsi arxasında bölgədəki durum, Azərbaycan-İran münasibətləri, Dağlıq Qarabağ məsələsi, turizm əlaqələri və sərhədyanı ticarət mövzularında ətraflı və səmərəli fikir mübadiləmiz oldu. Xüsusilə bölgədə hərbi gərginliyin atmasının hər iki ölkə üçün mümkün zərərli nəticələr doğura bilməsi ehtimalına diqqət yetirdik. Öz ölkəmizin maraqlarını ifadə etmək, qonşu ölkənin qayğılarını anlamaq baxımından faydalı bir görüş olduğunu düşünürəm”.

Qeyd edək ki, səfir Cavad Cahangirzadə Azərbaycan türküdür.

Gununsesi.org