FETÖ-ya ən ağır zərbə “oradan” vurulacaq - 200-yə yaxın iş adamının "kəlləsi" gedəcək

  • By admin
  • 01 Avqust 2016 13:55

fetoye_bir_darbe_de_o_ulkeden_1469993799_4728

 

FETÖ-nun iqtisadiyyatdakı “səadət qaynağı” zəncirinə  zərbə vurulub.

Gununsesi.info “Haber7”-yə istinadən xəbər verir ki,   təşkilata üzv şirkətlərin hesabları blok edilib, kirayəlik kassaları üzərinə həbs qoyulub. Belə ki, 4 min şirkət ilə birbaşa bağlılığı sübut edilən 200 baron məngənəyə alınıb. Onların arasında Paravan şirkətləri qlobal şəbəkəsi da ortaya çıxıb. Türkiyədə iyulun 15-də  FETÖ tərəfindən baş verən dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra FETÖ-nun maliyyə qaynaqlarının araşdırılması  istiqamətində aparılan əməliyyat çərçivəsində təşkilatın baronları bir-bir nəzarətə alındığından şirkət zənciri də məngənəyə sıxılıb.

Türkiyənin maliyyə, daxili işlər və ədliyyə nazirlikləri FETÖ-ya yaxın şirkətlərdə “terrorizmin maliyyələşdirilməsi” çərçivəsində apardığı əməliyyatın ilk mərhələsində təşkilatla birbaşa əlaqəli olduğu ortaya çıxan  4 mindən çox şirkətin hesablarını blok edərək, kirayəlik kassaları da daxil mülkiyyəti  üzərinə həbs qoyulub.

Təşkilata pul köçürərək, dövlət çevrilişinə cəhddə birbaşa iştirak edən şirkətlərin 100-dən çox ölkədəki mülkiyyətinin istifadəsinin dayandırılması üçün də həmin ölkələrin əlaqədar qurumlarıyla sıx bir “qlobal maliyyə diplomatiya”ya  başlayıb. Firmalar üzərindən təşkilata birbaşa pul köçürən iş adamları siyahısında 200-dən çox iş adamım adı var.

Əməliyyatlar Türkiyə daxilində aparılmaqla yanaşı, eyni zamanda, təşkilatla əlaqəli iş adamları haqqında da  istintaq araşdırmasına başlanıb. Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və kəşfiyyat qruplarından  gələn məlumatlara əsasən, təşkilata pul transferində rol oynayan şirkətləri bir-bir ortaya çıxarıblar. Təxminən 150 milyon dollarlıq maliyyə yardımından gedən söhbətdə  “Paralel dövlət” qurulmasının maliyyə qaynağının  tamamilə çökdürülməsi  istiqamətində atılan addımların detalları belədir:

Komissiya 24 saat çalışır: Maliyyə Nazirliyinin Vergi Yoxlama Heyətinin  başçılığıyla  yaratdığı komissiya FETÖ-yə dəstək verən şirkətlərin mülkiyyətlərinin və bank hesablarının inventarı çıxarılıb. Komissiya,  araşdırma apararkən,  təhlükəsizlik, səhiyyə, milli təhsil, kredit və digət  təşkilatların ərazi idarələrininrəhbərlərinin məlumatlarından da yararlanıblar.

Terroru maliyyələşdirdiyinə görə həbs ediləcəklər: Terrorun maliyyələşdirilməsi çərçivəsində icra ediləcək dinidirilmədə təşkilata birbaşa dəstək verən şirkət sahibləri terrora kömək və maliyyə dəstəyinə görə, mühakimə olunacaqlar.

Hesabları blok edilir:Banklar və digər maliyyə qurumlarında (kirayəlik seyflər daxil olmaqla) bütün hesablar bloka edilir. Şirkətlərin kassasındaki valyuta və digər  çekləri nəqdləşdirilərək, bank hesabına yatırılılır. Bağlanılan şirkət və təşkilatlara borclulardan prosedura görə vəsait geri tələb ediləcək.

Qlobal əlaqələr araşdırılır: Bütün var-dövlət dövlətin hesabına keçəcək. Dekabrın  7-dən 25-dək  başqa şəxslərə təhvil verilən torpaq, mənzil kimi mülkiyyətlə də dövlətin hesabına keçəcək.

Əmlak da alınır: Milli Əmlak Müdirliyi FETÖ-ya yaxın şirkətlərin əlindəki bütün əmlaklarını da geri alır. Bələdiyyələrin təşkilata yaxın adamların vasitəsiylə təşkilatlara verdiyi əmlak və torpaq sahibliyi də ləğv edilir.

Kuryerlər təqibdə: Bankçılıq sistemindən keçməyən, nəqdlə günəmuzd işləyən kuryer xidmətindən istifadə, çek-sənəd əsaında gəlir əldə edilməsi ilə bağlı həyata keçirilən maliyyə əməliyyatları ciddiləşir.

Mülkiyyətləri dondurulacaq: Mülkiyyətin dondurulması üçün ABŞ və Avropa Birliyi ilə birgə araşdırma aparılmasına başlanıb. Bağlanılacaq, ya da qəyyum vasitəsiylə idarə ediləcək: Təşkilata pul köçürən, icarə edən şirkətlər bağlanılacaq, bəzilərinə isə qəyyumluq təyin edilərək, qorunacaq.

Qlobal bağlantılar: Paravan şirkətləri üzərindən qurulan qlobal əlaqələri da ortaya çıxarılır. Bəzi şirkətlərdə xaricilərlə əməkdaşlıq edərək tərəfdaşlıq quruluşunu dəyişdirənlər  təyin olunub. Şifrələnmiş ortaqlıq xəritələri də tapılıb. 200-dən çox iş adamı pul ötürülməsini həyata keçiriblər. Xarici vəqf, dərnək, təşkilat vahidlərinə pul yatırılmasında  iştirak edən  iş adamlarının  sayı müəyyənləşdirilib.

Təkilata pul yatıran şirkətlər diqqətdədir: Təşkilatın pul transferlərini təqib üçün xüsusi bir qrup yaradılıb. Transfertlərin bəzi Paravan  şirkətlər üzərindən reallaşdırıldığı xəbəri də araşdırılmağa başlanıb.

 Gülnaz Qənbərli

Gununsesi.info