Filadelfiyada atışma olub - 6 NƏFƏR YARALANIB

  • By admin
  • 14 Oktyabr 2019 09:01

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) atışma baş verib.

Gununsesi.org-un “NBC 10 Philadelphia” telekanalına istinadən verdiyi məlumata görə, naməlum şəxs şəhərin şimalında insanlara atəş açıb.

Silahlı insident nəticəsində 6 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hüquq-mühafiz orqanları yaralananların vəziyyəti barədə məlumat vermirlər. Atəş açan şəxs hələki saxlanılmayıb.

 

 

Gununsesi.org