“Forbes” milyarderlərin reytinqini açıqladı- AZƏRBAYCANLI MİLYARDER 3-CÜ SIRADA YER ALDI

“Forbes” milyarderlərin reytinqini açıqladı

“Forbes Real Time” jurnalı Rusiyanın ən zəngin iş adamlarının yeni reytinqini açıqlayıb

Gununsesi.org xəbər verir ki, “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərov siyahıda üçüncü olub.

 Onun varidatı 21,2 milyard dollar həcmindədir.

Reytinqdə birinci yeri 26,2 milyard dollarla “Novatek” və “Sibur” şirkətlərinin prezidenti Leonid Mikelson tutub. Biznesmen və Vladimir Putinin dostu Qennedi Timçenko 22,1 milyard dollarla ikinci yerdə qərarlaşıb.

Dördüncü yeri 20,8 milyard dollarla Vladimir Lisin, beşinci sıranı isə 20.4 milyard dollarla Aleksey Mordaşov tutub.

Gununsesi.org

COMMENTS