Fransa-Almaniya sərhədində zəlzələ

  • By admin
  • 12 Noyabr 2019 20:25

Fransa ilə Almaniyanın sərhədində zəlzələ olub.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələnin gücü 3,2 bal olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir. Təkanlar Strasburqdan 12 kilometr  şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, dünən də Fransanın Montelimar şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ olmuşdu.

 

Gununsesi.org