Fransa Çindəki vətəndaşlarını təxliyyə edəcək

  • By admin
  • 28 Yanvar 2020 22:46

“Fransa koronavirusla əlaqədar Çindəki vətəndaşlarını təxliyə etməyə hazırlaşır”.

Gununsesi.org “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Fransanın ekologiya və davamlı inkişaf naziri Jan Batist Cabbari deyib.

Məlumata görə, ilk təyyarə yanvarın 29-da Çinə yola düşəcək. Çindən gələcək vətəndaşların karantin altına alınacağını bildirən nazir növbəti təyyarənin də göndəriləcəyini açıqlayıb. Amma ikinci təyyarənin Çinə nə zaman uçacağı hələlik məlum deyil.

 

 

Gununsesi.org