Fransa Kommunist Partiyası Makronu “Artsax”ın “müstəqilliyini” tanımağa çağırdı

  • By admin
  • 01 Noyabr 2019 20:57
 Fransada qanuni fəaliyyət göstərən Kommunist Partiyası ölkə rəhbərliyini Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimi “müstəqil dövlət” kimi tanımağa çağırıb.
Gununsesi.org xəbər verir ki,  Xankəndidəki erməni nəşrlərinin  yaydığı məlumata görə, bu haqda Fransa Kommunist Partiyasının rəsmi saytında məlumat yayılıb.
Üzdəniraq ermənipərəst partiyanın rəhbərliyi Fransa prezidenti Emmanuel Makronla yanaşı,  Avropa İttifaqının ali komissarı Federika Mogeriniyə də eyni məzmunda müraciət ünvanlayıb.
Qeyd edək ki, Avropada ən güclü solçu qüvvələrdən biri olan Fransa Kommunist Partiyası 1920-ci ildə yaradılıb. Hazırda partiya  Fransada 3-cü ən böyük siyasi qüvvədir. Fransa kommunistləri bu gün 138 min üzvə malikdir. Partiyanın parlamentdə 10, Senatda 18 və Avropa parlamentində 3 kürsüsü var. Partiyanın hazırkı baş katibi Fabyen Russaldır.
Gununsesi.org