Fransa səfiri 20 Yanvar faciəsi ilə bağlı: Ailə üzvlərini və dostlarını itirənlər düşüncələrimizdədir”

  • By admin
  • 20 Yanvar 2020 18:09

Fransanın Azərbaycandakı səfiri Zakari Qros 20 Yanvar 1990-ci il faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib.

Gununsesi.org xəbər verir ki, bununla bağlı Fransanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir”, – səfir vurğulayıb.

Gununsesi.org