Fransada etirazlar qələbəylə nəticələndi- YANACAĞA VERGİ ARTIRILMAYACAQ

Fransada etirazlar qələbəylə nəticələndi

Fransada əhalinin kütləvi şəkildə yanacaq vergisinin artırılmasına dair etirazları öz müsbət nəticəsini verib. GBelə ki, gözlənildiyinin əksinə olaraq, 2019-cu il ərzində Fransada yanacaq vergisi artırılmayacaq.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, bunu çərşənbə günü ölkənin ekoloji keçid naziri Fransua de Rüji BFM telekanalının birbaşa efirində çıxışı zamanı deyib.

“Yanacaq vergisinin artırılması bütün 2019-cü il ərzində ləğv edilib”, – deyə o bildirib.

Bundan əvvəl Fransanın baş naziri Eduar Filipp yanacaq vergisindən imtina edilə biləcəyini istisna etməyib.

Qeyd edək ki, Fransada etirazlar bir neçə həftədir ki, davam edirdi.

Gununsesi.org

COMMENTS