Fransada son 25 ilin ƏN BÖYÜK ETİRAZ AKSİYALARI keçirilib

  • By admin
  • 06 Dekabr 2019 08:35

Fransada dünən keçirilən etiraz aksiyalarında 806 min nəfər iştirak edib.

Gununsesi.org “Report”-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Gün ərzində aksiyalar zamanı 90 nəfər saxlanılıb.

Xatırladaq ki, aksiya iştirakçıları təqaüd sistemində hökumətin həyata keçirməyə hazırlaşdığı yeni islahatlara etiraz edirlər.

Dünən keçirilən aksiyalar Fransa tarixində son 25 il ərzində ən irimiqyaslısı olub.

Gununsesi.org