Fransada xalq prezidentin pensiya islahatlarına kütləvi etiraz edir – Etirazlar səngimək bilmir

  • By admin
  • 09 Dekabr 2019 11:20

Fransanın paytaxtı Parisdə və ölkənin bir çox iri şəhərlərində pensiya islahatları əleyhinə aksiyalar davam edir.

Gununsesi.org-un məlumatına görə, tətil səbəbindən bu gün 16 metro xəttindən 10-u işləməyəcək.

Hökumət vətəndaşlara ictimai nəqliyyatdan istifadə etməməyi məsləhət görüb. Bildirilib ki, xəttə çox az sayda tramvay və avtobus buraxılacaq.

Xatırladaq ki, nəqliyyat işçilərinin tətili dekabrın 5-dən davam edir. 800 mindən çox insan pensiya islahatlarına etiraz edir. Yeni pensiya islahatına əsasən, yaş həddinin 62-dən 64-ə qaldırılması nəzərdə tutulur.

 

 

 

Gununsesi.org