Fuad Muradov Vaşinqtona gəldi -Fotolar

  • By admin
  • 17 Noyabr 2018 15:39

Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da olan nümayəndə heyəti Los-Ancelesdən Vaşinqtona gəlib. Nümayəndə heyətinin Vaşinqton görüşləri Azərbaycan Səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin qoyulması ilə başlayıb.

“Gununsesi.org” a daxil olan məlumata görə, daha sonra ABŞ Dövlət Departamentində Siyasət və Qiymətləndirmə direktoru Stefen Guice ilə görüş keçirilib. Görüşdə soydaşlarımızın inteqrasiyası, Azərbaycan dili və mədəniyyətinin təbliği proqramlarının təşkili, soydaşlarımıza təhsil və peşə qabiliyyətinin artırılması imkanlarının yaradılması, uğur qazanmış amerikalı azərbaycanlılara Dövlət Departamenti tərəfindən xüsusi dəstək göstərilməsi və soydaşlarımızın sahibkarlıq imkanlarının təşviqi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın qurulması perspektivləri müzakirə edilib.

Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıcla keçirib. Görüş zamanı, bütün dünyada, iki qardaş ölkənin xalqları və dövlətləri arasında qüvvələrin briləşdirilməsi, bu istiqamətdə konkret və strateji planın qurulması müzakirə edilib. Hər iki xalqın ABŞ-da fəaliyyət göstərən icmalarının bundan sonra daha da sıx və davamlı işləməsi qərara alınıb.

Keçirilən görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.