Fuad Nağıyev turizm sessiyasında çıxış etdi- Platformalarda, sərgilərdə təxribatların qarşısı alınmalıdır

Fuad Nağıyev turizm sessiyasında çıxış etdi

“İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm təbliğatı qətiyyən yolverilməzdir”.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında danışıb.

Turizmdə etik normaların vacibliyindən danışan Agentlik sədrinin sözlərinə görə, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda o daha da effektiv quruma çevrilir.

Fuad Nağıyevin sözlərinə görə, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir və bu qətiyyən yolverilməzdir, bu halların qarşısı alınmalıdır.

Xatırladaq ki, sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.

Sentyabrın 13-dək davam edəcək sessiyada Azərbaycanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycanın İspaniya Krallığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edir.

 

COMMENTS