Futbol matçında hakimin ürəyi dayandı

  • By admin
  • 20 May 2019 16:44

Boliviya çempionatının yüksək divizyonunda “Olveys Redi” və “Oriente Petrolero” komandaları arasında keçirilən matçda hakim Viktor Urtadonu ürək çatışmazlığından vəfat edib.  

Bu barədə “Lost Tiempos” yazır.

Nəşrin yazdığına görə, oyunun 54-cü dəqiqəsində 32 yaşlı hakim huşunu itirib. Tibbi personal onun ürəyinin dayandığını müəyyən edib. Həkimlər ilkin yardım nəticəsində ürəyin fəaliyyətini bərpa etməyə nail olsalar da, xəstəxanaya aparılan zaman yolda ölüb.

Qeyd edək ki, oyunun keçirildiyi “El Alto” şəhər stadionu dəniz səviyyəsindən 4150 metr yüksəklikdə yerləşir.