Futbolçu baş məşqçini nokauta saldı – VİDEO

  • By admin
  • 11 Noyabr 2019 13:40

Almaniyanın “Ayntraxt” klubunun mərkəz müdafiəçisi David Abraham “Frayburq”un baş məşqçisi Kristian Ştrayxı yıxıb.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, 33 yaşlı argentinalı futbolçu oyuna əlavə olunmuş dəqiqələrdə meydançanı tərk edən topun arxasınca qaçarkən Ştrayxın onu söyməsini cavabsız qoymayıb və onu əli ilə itələyərək yıxıb.

Bundan sonra hər iki komanda üzvləri arasında qarşıdurma yaşanıb.

Bu səbəbdən baş hakim futbolçuya birbaşa qırmızı vərəqə göstərib. Həmçinin, “Frayburq”un italiyalı yarımmüdafiəçisi Vinçentso Qrifo da qırmızı vərəqə ilə qovulub.

Qeyd edək ki, görüş meydan sahibi “Frayburq”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Gununsesi.org