Füzuli sakini Prezident və Baş Prokurordan kömək istəyir- QANUNSUZLUQLA ÜZLƏŞMİŞƏM

Füzuli sakini Prezident və Baş Prokurordan kömək istəyir

Füzuli rayonu Böyük Bəhmənli kənd sakini İsmayılov Elnur Mənsur oğlu Prezident İlham Əliyevə və baş prokror Zakir Qaralova müraciət edib. Müraciətinin bir surətini də Gununsesi.org-un elektron poçtuna göndərən vətəndaş üzləşdiyi problemin ictimailəşməsini də redaksiyamızdfan xahiş edir.
Vətəndaşın müraciətini olduğu kimi təqdim edirik:

Hörmətli Cənab Prezident və Zakir müəllim!
Sizə yenidən müraciət etməyimə səbəb prokrorluq orqanlarında dəqiq Sabunçu rayon prokrorluğunda mənə məlum olan və faktlarla təsdiq olunmuş dövlət əmlakının mənimsənilməsi, talan edilməsi, təksizb olunmaz faktlarını törədənlərə qarşı cinayət işinin AR CPM-nin tələblərinə uyğun olaraq cinayət təbiqinin aparılması mənə məlum olmayan səbəblərdən qanun tələblərinin kobud pozulması ilə yerinə yetirilmir.
Hörmətli Cənab Prezident və Zakir müəllim!
Hüquqşunas olmasamda bilirəm ki, rüşvətxorluq korrupsiya xüsusi ilə külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktları üzrə cinyaət təqibi bilavasitə və birbaşa prokrorluq orqanlarının səlahiyyətlərinə aiddir. Buna baxmayaraq instansiya olaraq ərizə ilə müraciət etdiyim Respublika Prokrorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 300-dən çox ərizələrimi SOCAR-a ünvanlayıb ki oradan ünvanıma hüquq departamentinin rəisi Eldar Orucovun eyni məzmunlu yalan cavabları gəlmişdir.
Hörmətli Cənab Prezident və Zakir müəllim!
Azərbaycan Respublikasının cənab İlham Əliyev sizində iştirak etdiyiniz və sizə xitabən ciddi tapşırdığı respublikada korrupsiya, talama xüsusi ilə külli miqdarda mənimsəmə və digər xoşagəlməz hallarla qəti mübarizə aparılması mövqeyində olmanızı və qətiyyətli davranmanızı ciddi tapşırmışdır.
Sizə əvvəlki 300-dən çox müraciətimin və bu müraciətimə əlavə edəcəyim mənə məlum olan korrupsiya faktlarına tərəfinizdən hüquqi qiymət verilərək hal-hazırda Sabunçu rayon prokrorluğunda olan ərizələrimi adiyyatı üzrə Baş Prokrorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə gətirilməsi və ciddi araşdırılmasına qərar qəbul etməyinizi sizdən xahiş edirəm.
Ümidvaramki, bütün ərizələrimdə göstərdiyim faktların səbəbkarları AZƏRSU ASC-nin sədri Qorxmaz Hüseynov və qardaşı Faiq Hüseynovun bu korrupsiya dövlət əmlakını mənimsəmə əməlləri düzgün araşdırlacaq hüquqi qiymət veriləcək və mənim pozulmuş hüquqlarım sizin şəxsi təşəbbüsünüz və nəzarətinizlə bərpa olacaqdır.
İdarəyə lazım olan avadanlıqlar və materiallar həmişə Faiq Hüseynova yaxın şəxslər tərəfindən və şəxsən onun təyin etdiyi mənbələrdən alınmışdır ki, buna da vaxtında etiraz etdiyimə görə qanunsuz olaraq işdən çıxarılmışam. Bildirirəm ki, həmin malın alınma qiymətləri dəfələrlə dəyərindən şişirdilmişdir. Bunun faktiki sübutu isə həmin dövrdə Dövlət Statistika Komitəsində qeydə alınmış qiymətlərdən idarənin qiymətlərinin dəfələrlə çox olmasıdır.
Qeyd edim ki, mənim əlimdə olan alınmış malların siyahısı yüzlərlə səhvə olduğu üçün hamısını hazırda sizə təqdim edə bilmirəm. 10.01.2011-ci ildən 18.12.2013-cü ilə qədər idarə üçün alınmış avadanlıqların və materialların qiymətlərini də sizə hissə-hissə təqdim edəcəyəm.
Aşağıda adları, alınma tarixləri, qaimə nömrələri və alış qiymətləri qeyd edilmiş cədvəli sizə təqdim edib alınma ilinin qiymətləri ilə müqayisə edilib araşdırılması üçün göstəriş vermənizi xahiş edirəm.
Tarix və Qaimə № Malların adı Ölçü vahidi Sayı Bir ədədinin qiyməti Cəmi
21.11.13
617159 Salfetka Selpak rulon əd 100 1,38 138,01
Taxta reyka (5×5) m 144 0,99 142,56
Açar dəsti 8-32 Paç 1 54,00 54,00
Qaz açarı № 1 əd 1 9,00 9,00
Qaz açarı № 2 əd 1 10,80 10,80
Salfetka Selpak rulon əd 100 1,38 138,01
Maska qaynaqçı üçün əd 1 9,90 9,90
Mişar daşı əd 300 1,40 418,50
Sinklənmiş şifer m2 20 15,30 306,00
Boru 15 mm dəmir m 12 2,25 27,00
Polad məftil 5-6 mm m 20 1,80 36,00
Katinka 6 mm TQ 0,025 1800,00 45,00
Əlcək (şirəli, fəhlə üçün) cüt 400 0,52 208,00
Çətir (günəşdən qorunmaq üçün 6 nəf.) əd 7 63,00 441,00
Su kranı 15 mm dəmir əd 10 8,35 83,45
21.11.13
617160 Əlcək rezindən tursuya davamlı cüt 3 3,60 10,80
Önlük-turşuya davamlı əd 1 14,40 14,40
Plastik pəncərə (117×99) əd 4 207,00 828,00
Ləyən (plasmas) əd 6 9,00 54,00
Su qabı (plastmas konistra 25l) əd 15 30,60 459,00
Şina dəsti (sınıqlar üçün) dəs 1 207,00 207,00
Su qabı (plastmas konistra 25l) əd 9 30,60 244,80
Papaq (gündən qorunmaq üçün) əd 25 3,60 90,00
Saxlayıcı buy əd 30 32,40 972,00
Kley oboy üçün əd 3 9,00 27,00
Linoluim keçəli Rusiya istehsalı m2 134 10,80 1447,20
Şüşə m2 5 31,50 157,50
Linolium kleyi 1kq-lıq əd 3 7,20 21,60
21.11.13
617161 Su kranı 15 mm əd 1 5,40 5,40
Plasmas boru 100 mm (kanalizasiya) m 12 4,50 54,00
Plastik üçlük 100 mm əd 3 5,40 16,20
Dirsək 100 mm 900 plasmas əd 2 3,60 7,20
Şurup 30 mm paç 1 10,80 10,80
Plintus (taxta) m 60 0,92 55,13
Zibil torbası böyük paç 20 2,88 57,60
21.11.13
617161 Bel çantası əd 10 25,20 252,00
Zibil torbası (70×110) bük 100 2,88 288,00
Salfetka Selpak rulon əd 90 1,38 124,21
Təhlükəsizlik lenti (100 metr) əd 20 4,53 90,51
Hava toplarının oxları əd 3 486,00 1458,00
Tualet kağızı (adi) əd 48 1,08 51,96
Zibil torbası (70×110) bük 100 2,88 288,00
21.11.13
617162 Zibil vedrəsi (orta) əd 8 10,80 86,40
Su qabı (plastmas konistra 25l) əd 5 30,60 153,00
Skoç 0.50×0,01×100 müxtəlif əd 200 1,80 360,00
Kəndir 8 mm (kapron) kq 10 9,90 99,00
Məftil 1,5 mm (paslanmayan) m 10000 0,07 700,00
Məftil 1,5 mm (paslanmayan) m 10000 0,07 700,00
Qaz sobası (dörd gözlü stolüstü) əd 1 79,20 79,20
Skoç 0.50×0,01×100 müxtəlif əd 200 1,80 360,00
Su qarışdrıcısı (duş ilə) dəs 1 54,00 54,00
21.11.13
617163 Aksessuar flash 4 Gb əd 1 45,87 45,87
Naqil (PVR 2x,5) m 1000 0,23 230,00
Planşet Samsung Galaxy Tab 2/101 əd 1 520,20 520,20
Təmizləyici toz “Rakşa” (400 qr) əd 160 0,90 144,00
Təmizləyici toz “Rakşa” (400 qr) əd 10 0,90 9,00
Qubka (qab yumaq üçün) əd 25 0,18 4,50
Əlçək (şirəli, fəhlə üçün) cüt 1200 0,52 624,01
İnzibati bina üçün zibil qabı əd 1 81,00 81,00
Dəmir list 1000x2000x2 mm əd 2 45,00 90,00
21.11.13
617164 Noşpa qut 40 5,40 216,00
Sinpar əd 1 1,80 1,80
Spirt əd 10 0,90 9,00
Steril salfetka əd 10 0,66 6,60
Validol № 10 paç 20 0,27 5,40
Raunatin № 10 paç 5 0,45 2,25
Dikfolenak (məlhəm) əd 4 5,04 20,16
İndometasin (məlhəm) əd 20 0,90 18,00
Spriş Həyat 5,0 ml əd 20 0,09 1,80
Tetrasiklini 0,1 № 10 paş 6 0,54 3,24
Biffekt № 30 qut 2 10,44 20,88
Biseptol 480 № 200 qut 40 3,24 129,60
Omez İND əd 5 0,90 4,50
Lineks qut 40 5,76 230,40
Yapışqan “Pelikan” əd 10 0,18 1,80
Ampisid 1,5 mq əd 20 0,36 7,20
Analqin 50% 2×10 əd 50 0,90 45,00
21.11.13
617165 Bint steribnıy 7×14 əd 40 0,54 21,60
İndometasin maz 10% 40 qr əd 4 0,90 3,60
Qrip-hot № 12 qut 20 10,80 216,00
Perekis zadorada 3% 100 qr bt 5 0,54 2,70
Spazmalqon № 20 qut 50 3,24 162,00
Streptosid 0,5 № 10 əd 50 4,95 247,50
Valeriana n-ka 30 ml bt 5 0,54 2,70
Yod 10,0 bt 10 0,54 5,40
Baralqin 5×5 ampula qut 10 3,60 36,00
Xartil 2,5 mq qut 3 16,20 48,60
İmmodium dərman qut 20 6,48 129,60
Sibazon (qıcolma əleyhinə preparat) amp 10 14,40 144,00
Karvalol (flakon) əd 5 0,54 2,70
Noşpa qut 20 5,40 108,00
Sinepar əd 5 1,80 9,00
Spirt əd 15 0,90 13,50

Cədvəldən göründüyü kimi, materialların alış tarixində 5 il vaxt keçməsinə baxmayaraq qiymətlər hazır ki, bazar qiymətlərindən də daha böyükdür. Göstərdiklərimi nəzərə alaraq əvvəlki müraciətlərimi və hazırki müraciətimin iştirakımla araşdırılmasına tapşırıq verməyinizi xahiş edirəm.
Sizə əvvəlcədən minnətdarlığımı bildirirəm.
İmza: İsmayılov Elnur Mənsur oğlu
Tarix: 08.11.2018-ci il

COMMENTS