“Gəncə hadisələri ilə bağlı 59 nəfər həbs edilib”- ZAKİR QARALOV

“Gəncə hadisələri ilə bağlı 59 nəfər həbs edilib”

Gəncə hadisələri ilə bağlı 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə fevralın 7-də Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında çıxışı zamanı Baş prokuror Zakir Qaralov bildirib.

Z.Qaralov bildirib ki, hadisə ilə bağlı 1 nəfər barədə axtarış elan olunub:

“Radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub”.

Bş prokurorun sözlərinə görə, həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

COMMENTS