Gəncədə qadını vurub öldürən sürücü hadisə yerindən qaçdı

Gəncədə qadını vurub öldürən sürücü hadisə yerindən qaçdı

Gəncə şəhərində yol qəzası baş verib.

Gununsesi.org-un məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeyd alınıb. Markası və sürücüsü məlum olmayan avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynova S. adlı qadını vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org

COMMENTS