Gəncədə gənci bıçaqladılar

Gəncədə gənci bıçaqladılar

bicaq

Gəncədə bıçaqlanma olub.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə şəhər sakini 1991-ci il təvəllüdlü İbrahim Əliyev kürək, belin və bazunun kəsilmiş deşilmiş yarası xəsarətləri  ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən gəncin vəziyyəti  normal qiymətləndirilir.

İ. Əliyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info

COMMENTS