Gənc oğlan gözəl qız şəkillərinə görə qaynı tərəfindən bıçaqlandı

Gənc oğlan gözəl qız şəkillərinə görə qaynı tərəfindən bıçaqlandı

Bakı sakini ədəbsiz davranışda günahlandırılaraq qarnından bıçaqlanıb. Bıçaqlanma hadisəsi paytaxtın Qaradağ rayonunda baş verib.

Bu barədə Gununsesi.org-a Qaradağ Rayon Polis Şöbəsindən məlumat verilib.

Oktyabrın 2-nə keçən gecə Qobustan qəsəbəsi ərazisində baş verən cinayət hadisəsinin qurbanı 18 yaşlı Sənan Nəcəfov olub.

Araşdırma zamanı cinayətdə 23 yaşlı gəncin iştirakı müəyyən edilib (adı hələlik məlum deyil). Şübhəli şəxs tutulub və hazırda Qaradağ Rayon Polis İdarəsində ifadə verir.

Bildirilib ki, S.Nəcəfov saxlanılan şəxsin bacısı ilə nişanlı olub. Ancaq hadisəni törədən şəxs gələcək qohumunun gözəl qızların fotolarını sosial şəbəkədə paylaşaraq ədəbsiz davrandığını hesab edib.

Gəlinin qardaşı S.Nəcəfovu “kişi söhbəti”nə çağırıb və evlənməyə hazırlaşan kişinin bu qədər düşüncəsiz davranmasının yolverilməz olduğunu bildirib.

S.Nəcəfov qarşı tərəfi bunların yalnız gözəl qızların fotoşəkilləri olduğuna inandıra bilməyib. Gənclər arasında münaqişə yaranıb.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Gununsesi.org

COMMENTS