Gənc yazardan qadınlara çağırış- BU AY SAÇINIZA BOYA VURMAYIN

Gənc yazardan qadınlara çağırış

Gənc yazar Sahilə İbrahimova qadınlara müraciət edib.

Gununsesi.org-un xəbərinə görə, çağırış xarakterli müraciətində yazar onları sağlamlıqlarının qeydinə qalmağa səsləyib.
Sahilə İbrahimovanın həmin çağırışını təqdim edirik:

Oktyabr süd vəzi xərçəngi fərqindəlik ayıdır. Heç bir narahatçılıq olmasa belə, tibbi yoxlamalardan keçməkdə fayda var.

Tibbi sığorta sistemində boşluqlar var. Dünya bir tərəfdən guya uşaqlıq yolu, süd vəzi xərçənginə qarşı mübarizə aparır, digər tərəfdən bu diaqnozların erkən aşkarlanması üçün şərait yaradılmır. Analizlər bahadı, qadınlar arasında maarrifçilik zəifdi. Üstəlik, sığorta bu cür analizləri qarşılamır, belə əsaslandırır: cinsi yolla keçən xəstəliklər bizlik deyil. (halbuki, papiloma virusları təkcə insandan keçmir.)
Deməli, hansısa xəstəlik itdən keçsə, olar, insandan keçsə olmaz.

Erkən aşkar olunan xərçəngə qalib gəlmək olar!

Əziz qadınlar, bir ay saçınıza boya vurmayın, ətir almayın, dırnağınızı dibindən kəsin, köhnə paltarlarınızı geyin…. qənaət edin, pul yığın PAP testlərdən keçin.

Gununsesi.org

COMMENTS