Gədəbəydə ağır qəza hadisəsi - 1 nəfər ölüb, 4 nəfər ağır yaralanıb

  • By admin
  • 30 İyul 2016 15:42

 

efeb0200b3376186df6f15f74387c127

 

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Qızıltorpaq kəndi ərazisidnə qeydə alınıb. Belə ki, rayon sakini Yaşar Məmmədovun idarə etdiyi “Zil” markal yük avtomobili Nazim Mürsəlovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü hadisə yerində ölüb, avtomobildə olan 4 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Gədəbəy rayon Mərkəzi  xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin də orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəyalə Xanəliqızı

Gununsesi.info