Gələn il daha 700 sərnişin avtobusu “BakıKart” sisteminə keçəcək

  • By admin
  • 13 Dekabr 2017 16:22

Gələn il Bakıda daha 700 sərnişin avtobusu “BakıKart” sisteminə keçəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə mətbuata Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O bildirib ki, 2018-ci ildə Bakıda fəaliyyət göstərən avtobusların 50 faizi kart sistemi ilə işləyəcək. Bununla da sərnişin və sürücülərin rahatlığı daha da təmin olunacaq. Hazırda 19 marşrut xətti üzrə 478 avtobus kart sisteminə keçib.

Gununsesi.info