Gəlini traktorla gətirdilər - FOTO + VİDEO

  • By admin
  • 06 Dekabr 2016 13:40

traktor
Türkiyədə qeyri-adi toy mərasim keçirilib.
Gununsesi.info-nun “Karar” qəzetinə istinadən xəbər verir ki, bir çoxları gəlin gətirmək üçün bahalı maşınlar axtarsa da, Türkiyənin Balıkəsir şəhərinin Edremit əyalətinin sakini ənənəni pozub, gəlinə sürpriz edib. Gəlini gətirməyə 7-di ədəd torpaq kürüyən traktordan ibarət karvanla gedib.
Çoxları gəlin gətirməyə bahalı və lüks avtomobil axtarışında olsa da Okay Akyolu bu iş üçün öz “çörək ağacı” saydığı torpaq kürüyən traktoru seçib.
Bunun üçün onlar əvvəlcə torpaq kürüyən traktorları başdan ayağa bəzəyiblər.
Yolda torpaq kürüyən traktordan ibarət toy karvanını görənlər təəccüblərini qizlədə bilməyiblər.
Gəlin Meltem Akyol sonda Okan Akyol ilə birlikdə torpaq kürüyənə minərək evlərinə gediblər.
Bu anlar gəlin MeltemAkyol üçün də unudulmaz olub. Torpaq kürüyən traktordan ibarət toy karvanı Edremit əyalətində yaşayanların xeyli marağa səbəb olub.

traktor1

Anar
Gununsesi.info