Gəncə hadisələrinə yenidən baxış keçiriləcək

  • By admin
  • 26 İyun 2019 11:33

Elmar Vəliyevin kobud  idarəçiliyi özünün də sonunu gətirdi; Gəncədə həyat öz axarına qayıdıb…

Gununsesi.org  Musavat.com-a istinadən bildirir ki,1 həftə sonra Gəncə hadisələrinin 1 ili tamamlanacaq. Ötən müddət ərzində baş verən olaylara, həmin olaylardan sonra yaşananlara nəzər salanda hadisələrin mahiyyəti daha aydın görünür.

Nə baş vermişdi?

Tarix üçün bir daha yazaq – 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 6-cı enerji blokunda partlayış baş verdi. Ölkə qaranlığa qərq olduğu bir vaxtda Gəncədən həyəcanlı xəbərlər gəlməyə başladı. Məlum oldu ki, odlu silahla şəhərin icra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Sui-qəsdçi Yunis Səfərov hadisə yerindən qaça bilməyib. Onu dərhal həbs ediblər. Ardından sosial şəbəkələr üzərindən Gəncədə, şəhər icra hakimiyyəti binası önündə, şəhərin ən böyük meydanında mitinq təyin olundu. İyunun 10-da meydanda asayişi təmin etməyə cəlb olunan polis əməkdaşlarından ikisi xəncərlə öldürüldü. Hazırda Sabunçu məhkəməsində Gəncə hadisələri ilə bağlı 4 cinayət işi üzrə proses aparılır.  Həmin məhkəmə dinləmələrinin heç biri birbaşa Elmar Vəliyevə sui-qəsdlə əlaqəli deyil. Sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı prosesin nə vaxt başlanacağı da hələlik bəlli deyil…

Gəncə hadisələri ile ilgili görsel sonucu

Bu il fevralın 7-də Baş Prokurorluqda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanlarının 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Həmin iclasda baş prokuror Zakir Qaralov deyib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində respublikada böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işinin istintaqı müvəffəqiyyətlə aparılıb.

Elmar Vəliyev musavat.com ile ilgili görsel sonucu

Bu işlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilmiş, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bundan başqa, radikal diniyönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs-qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub. Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bir neçə məhkəmə prosesinin Gəncədə deyil, Bakıda keçirilməsi də proseslərə az adamın gəlməsi məqsədilə düşünüldüyü iddialarının ortaya çıxmasına yol açıb. İş üzrə təqsirləndirilən şəxslərin hamısı dövlət hesablı vəkillə təmin olunub. Həmin vəkillər ictimaiyyətin, jurnalistlərin dəstəyindən yararlanmır, gen gəzməyə üstünlük verirlər.

yunis seferov ile ilgili görsel sonucu

Yunis Səfərov

2019-cu il martın 30-da Siyasi Məhbusların Monitorinq Mərkəzi Müsavat Partiyasının qərargahında “Gəncə işi” ilə bağlı ictimai dinləmələr təşkil edib. Dinləmələrdə övladlarının, qohumlarının işgəncələrə məruz qaldığını iddia edən onlarla insan iştirak edib.

Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı yaydıqları birgə məlumatda 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərdikləri vurğulanır. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

“Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb” – deyə, məlumatda bildirilib…

Qeyd olunan qanlı olayların Gəncədə planlaşdırılmasını bir çox ekspertlər sabiq icra başçısı Elmar Vəliyevin yerli əhali ilə saymazyana, bir çox hallarda bütün əndazələri aşan münasibətindən doğması ilə əlaqələndirirlər.

Bu da əbəs deyil. Mətbuatda Gəncədə baş verən məlum sui-qəsdə qədər Elmar Vəliyevin idarəçiliyindən, ətrafının cinayətə bərabər qanunsuz fəaliyyətindən cana doymuş insanların şikayətləri, imdad diləkləri ara vermirdi. “Yeni Müsavat” redaksiyasına gələnlər də misli görünməmiş qanunsuzluqlardan danışır, Elmar Vəliyevin rəftarından gileylərini gizlətmirdilər. Elmar Vəliyev sanki həmin imdad diləklərini heç eşitmirdi, mediada yazılanlara iqnor siyasəti yeridirdi. Gəncədə baş verən qanunsuzluqlardan xəbərdar olanlar orada xoşagəlməz olayların yaşana biləcəyi ehtimalını da göz altına alımışdılar. 2018-ci il iyulun 3-də baş verənlər Elmar Vəliyevin özü, nəticə etibarı ilə isə bütün ölkə üçün xoşagəlməz günlərin yaşanmasına gətirib çıxardı. Elmar Vəliyevin qaba idarəçiliyi özünə münasibətdə də bumeranq effekti yaşatdı. Son nəticədə qazandıqlarının itirdiklərindən daha çox olması da göz önündədir…

Bu gün isə Gəncədə sabitlik, sakitlikdir. Həyat öz axarına qayıdıb. Yeni icra başçısı əhali ilə daim təmasdadır, onun davranışları, idarəçiliyi təqdir olunur.

Ötən 1 ilə yaxın dövr  bir daha təsdiqlədi ki, hikkəli idarəçilik olmadan,  zor tətbiq etmədən, qanunsuzluqlara yol vermədən, vətəndaşların hüquqlarını pozmadan da respublikanın 2-ci böyük şəhərini abadlaşdırmaq mümkündür.

Gununsesi.org