Gəncə iki minik avtomobili toqquşdu

  • By admin
  • 20 Oktyabr 2019 18:27
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. “VAZ 2106” markalı  avtomobilin sürücüsü X. Bayramovun vəziyyətin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org