“Gəncə İşi”inin iştirakçılarının apellyasiya şikayətinə baxılır

  • By admin
  • 21 May 2019 18:50

Bakı Apelyasiya Məhkəməsində “Gəncə işi” ilə bağlı həbs olunanlardan bir qrupun – Elvin Allahverdiyev, Elvin Nəzərov, Renat Məmmədov, Vüqar Xudiyev, Elman Rüstəmov və Hikmət Heydərlinin apelyasiya şikayətinə baxılıb.

Gununsesi.org-un məhkəmədə iştirak edən əməkdaşının xəbərinə görə, saat 14.30-a təyin olunan proses 14.55-də başlayıb 15.08-də bitdi.

Prosesə sədrlik edən hakim Salman Hüseynov 6 nəfərlik qrupun üzvlərindən birinin – Vüqar Xudiyevin apelyasiya şikayətinin sonradan verildiyini bildirdi. O, 6 nəfərin şikayətinə birlikdə baxılmasını əsas gətirib bugünkü prosesi yeni verilən şikayətin qısa hazırlıq iclası kimi keçirdi.

Müşavirədən qayıdan hakim növbəti məhkəmə prosesinin iyunun 11-nə saat 11.00-a təyin edildiyini bildirdi.

Şikayətçilərə bu il martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə Faiq Mahmudov və Elmin Rüstəmovovdan ibarət tərkib hökm oxuyub. Hökmə əsasən, Elvin Allahverdiyev 7 il, Elvin Nəzərov 7 il, Renat Məmmədov 6 il, Vüqar Xudiyev 7 il, Elman Rüstəmov 8 il və Hikmət Heydərli 8 il iş alıb.

Elmar