Gəncədə ana və 9 yaşlı oğlu dəm qazından zəhərləniblər

  • By admin
  • 16 Noyabr 2019 21:40

Gəncə şəhərində ana və övladı dəm qazından zəhərlənib.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib. İlkin məlumata görə Gəncə şəhər sakinləri 34 yaşlı Gülnaz Tahirova və onun 9 yaşlı oğlu Rəsul Tahirov dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

 

Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org