Gəncədə avtomobil qəzası baş verdi - FOTOLAR

  • By admin
  • 27 May 2016 12:40

Gence 4

Gəncə-Göygöl avtomobil yolunda qəza baş verib.Hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Gununsesi.info xəbər verir ki, “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşn yolun kənarında olan maneəyə çırpılıb.Qəza zamanı avtomobildə olan iki nəfər 1992-ci il təvəllüdlü Elmar Rzayev və sərnişin 1994-cü il təvəllüdlü Azər Sadıqov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Azər Sadıqovun həyatını  xilas etmək mümkün olmayıb. Sürücü Elmar Rzayevin vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gence 2

 

Gence

 

Gence  7

 

Gence  3

 

Gence 1

 

Gence  8