Gəncədə başı və bədəni əzilmiş qadın xəstəxanaya yerləşdirilib

  • By admin
  • 25 Oktyabr 2019 10:55

Ötən gecə saatlarında Təcili Tibbi yardım avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına başın və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə bir nəfər qadın gətirilib.

Gununsesi.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, xəstəyə lazımi tibbi yardım göstərilib: “Hazırda vəziyyəti orta-ağır sabit qiymətləndirilir”.

Faktla əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Gununsesi.org