Gəncədə məhkəmədə DAVA: Xəsarət alanlar var

  • By admin
  • 16 Aprel 2019 16:15

Gəncə şəhərində məhkəmədə tərəflər arasında dava düşüb, xəsarət alanlar var

Gununsesi.org report-a istinadən xəbər verir ki,  hadisə Nizami Rayon Məhkəməsinin önündə baş verib.

İlkin məlumata görə, məhkəmədə zərər çəkən və qarşı tərəfin yaxınları arasında mübahisə yaranıb. Tərəflər daha sonra əlbəyaxa olub və bir birlərinə xəsarət yetiriblər.

Faktla bağlı araşdırma aparılır.