Gəncədə oğul atasını qətlə yetirib

  • By admin
  • 15 Noyabr 2019 22:49

Gəncə şəhərində oğul atasını qətlə yetirib.

Gununsesi.org-un məlumatına görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Dadaşov Yüsif Mübariz oğlu sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.org