Gənc oğlanı bıçaqlayıb avtomobilini qaçırdılar

  • By admin
  • 08 Dekabr 2017 23:28

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Məhərrəmov Xasay Mehman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X.Məhərrəmovun vəziyyəti orta ağır olaraq qalır.

Qeyd edək ki, hadisədən sonra onun avtomobili də qaçırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info