Gənc oğlanı sahibsiz it dişləyib

  • By admin
  • 28 Fevral 2018 22:55

Qaxda 20 yaşlı oğlanı sahibsiz it dişləyib.

Gununsesi.info xəbər verir ki, bu gün axşam saatlarında Qax rayonu Əmbərçay kəndinin inzibati ərazisindəki fermada məskunlaşan məcburi köçkün ailəsinin övladı, 1998-ci il təvəllüdlü Vilayət Novruz oğlu Mikayılov it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, Vilayət Mikayılov küçədə sahibsiz itin hücumuna məruz qalıb. İt Vilayət Mikayılovun sol ayağından dişləyib. Vilayət Mikayılova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Gununsesi.info