“Gərək biz Milli Məclis olaraq xərclərin şişirdilməsinin qarşısını alaq” - QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 22 Oktyabr 2019 15:13

Milli Məclis “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə etdi.

Gununsesi.org xəbər verir ki, İqtusadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, layihədə proqnozlaşdırılan inflyasiyanın nəzərə alınması ilə icmal büdcənin yuxarı həddinin artırılması əksini tapıb.

Deputat Qüdrət Həsənquliyev söz alaraq məsələyə fərqli prizmadan yanaşdı: “Bu yaxınlarda cənab prezident keçirilən müşadirədə bildirdi ki, büdcədə bəzi sahələr üzrə xərclər məqsədyönlü şəkildə şişirdilir. Gərək biz Milli Məclis olaraq xərclərin şişirdilməsinin qarşısını alaq. Bəzən Nazirlər Kabinetindən parlamentə göndərilən sənədlər tam göndərilmir. Ona görə də Milli Məclisdən tələb və xahiş edirəm ki, Nazirlər Kabineti qarşısında parlamentə göndərilən sənədlərin hamılıqla təqdim olunması tələbi qoyulmalıdır. Həmçinin Hesablama Palatası dəqiq göstərsin ki, tikiləcək obyektlər neçəyə başa gələcək, o, göstərilməlidir. Hər kəs bu işdə prezidentə kömək etməlidir. Həmçinin Milli Məclis bu işdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirilməlidir”.

Sədrlik edən Ziyafət Əsgərov isə həmkarına xitabən, “Qüdrət müəllim, siz Milli Məclisdən tələb etdiniz, Milli Məclis sizin xahişinizi yerinə yetirmədi, onda hansı hüquqi hərəkəti edəcəksiniz? Ona görə çalışın, xahiş edin!”, deyə, səslənən fikirlərə reaksiya verdi.

 

Gununsesi.org