“Gedib öz işləri ilə məşğul olsunlar”- RASİM MƏMMƏDOV 1.2 MİLYONLUQ MAŞININDAN DANIŞDI

“Gedib öz işləri ilə məşğul olsunlar”

Baku Steel Company MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov özünə 1 milyon dollar dəyərində avtomobil alıb.

Xəbərə görə, bahalı avtomobil kolleksiyası olan Rasim Məmmədov qiyməti 1,2 milyon dollar olan “Mersedes G63 AMC İNCAS” maşını gətizdirib. Bu maşının bir özəlliyi də onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır.

Baku Steel Company MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə 10 AH 784 dövlət qeydiyyat nişanını sifariş edib.

İş adamının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-dür.

Qeyd edək ki, bu xəbərin ardından sosial şəbəkələrdə Rasim Məmmədova qarşı tənqidlər səslənib. Onu sahibkarları müflis etmək, monopoliya yaratmaqda gunahlandırıblar.

“Gununsesi”nin əməkdaşı Rasim Məmmədovla əlaqə saxlayaraq, mövzu barədə fikirlərini öyrənməyə çalışıb.

Ancaq danışmağa həvəsli olmayan Rasim Məmmədov “Gedib öz işləri ilə məşğul olsunlar. Bunun kiməsə dəxli yoxdur” deyərək telefonun dəstəyini asıb.

Elmar

COMMENTS