Gömrükdə vətəndaşı əşyaları ilə birlikdə rentgen qurğusuna saldılar- KOMİTƏDƏN REAKSİYA GECİKMƏDİ / VİDEO

Gömrükdə vətəndaşı əşyaları ilə birlikdə rentgen qurğusuna saldılar

Sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxs barədə video yayılıb.

Gununsesi.org bildirir ki, həmin videoda gömrük əməkdaşı hava limanı xidmətlərindən ilk dəfə istifadə etdiyi hiss olunan şəxsi stasionar rentgen qurğusunun içinə girməyi təklif edir. Bu arada baş verənlər isə telefonla çəkilir və həmin insan ələ salınır.

Sosial şəbəkələrdə yayılan bu videoya isə Gömrük Komitəsinin reaksiyası gecikməyib.

Komitənin açıqlamasında bildirilib ki, stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirlər Azərbaycan aid deyil. Şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər:

 “Hadisə Azərbaycan ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu  videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyəti yoxdur”.

COMMENTS