Gömrükdə yerdəyişmələr

  • By admin
  • 04 May 2018 23:02
Dövlət Gömrük Komitəsində daha bir yüksək vəzifəli şəxs postundan uzaqlaşdırılıb. Gununsesi.info-nun xəbərinə görə, komitənin yeni sədri Səfər Mehdiyev  Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edib. Onun yerinə isə Kənan Məmmədov adlı şəxs təyinat alıb.
Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük idarəsinə gətirilib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev mətbuata açıqlamasında qurumda ciddi islahatların aparılacağını bəyan edib