“Görəsən, fahişəlik leqallaşsa, zorlanmalar azalar?” - FOTO

  • By admin
  • 08 Yanvar 2020 16:56

“Günlərdir üzülərək kiçik Nərminin hadisəsini izləyirəm. Ona əziyyət edən, insan olmayan məxluqun ən ağır şəkildə cəzalandırılmasını istəyirəm”.

Gununsesi.org xəbər verir ki, bu sözləri model Günay Musayeva ötən ilin noyabrında itkin düşən və iki gün öncə yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva haqda yazıb.

G.Musayeva İnstaqram “Story”dəki paylaşımına yazdığı sözlərlə diqqət çəkib.

“Bir çox Avropa ölkəsində fahişəlik leqaldır və dövlət nəzarətindədir. Görəsən, inkişaf etməkdə olan ölkələrdə də eyni sistem qurulsa, zorlanmalar azalar?” deyə, model qeyd edib.

Gununsesi.org